Oleq Bakinski ev dustaqlığına buraxıldı


Digərləri 06 May 2025 18:10:00 89 0

Oleq Bakinski ev dustaqlığına buraxıldı

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədənkənar keçirilən iclasda belə qərar qəbul edib. 

Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.

Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.

Qərara əsasən, Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Son.az