Vəkil olmaq istəyirmiş...


Digərləri 07 May 2025 00:11:00 89 0

Vəkil olmaq istəyirmiş...

Xəbər verdiyimiz kimi, Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə beyin iltihabı diaqnozu ilə Bakıdakı xəstəxanaların birində vəfat edib.

Son.az-ın məlumatına görə, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları bildirir ki, onun ən böyük arzusu vəkil olmaq imiş. Bu məqsədinə çatmaq üçün çox çalışırmış. O, fənn olimpiadalarında yüksək göstəricilər əldə edibmiş.

Mərhum 2023-2024-cü təhsil ili üçün keçirilən buraxılış imtahanlarında yüksək nəticə topladığı üçün fərqlənmə attestatına layiq görülübmüş.

Ətraflı İTV-nin süjetində: Son.az