Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır Ciddi xəbərdarlıq


Digərləri 07 May 2025 01:01:00 61 0

Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır  Ciddi xəbərdarlıq

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarının şüursuz və nəzarətsiz istifadəsinin həyat üçün təhlükə yaradacağını bildirib.

Son.az xəbər verir ki, Prof. Dr. Göral xəbərdarlıq edir ki, zülal tozları yalnız vizual olaraq cəlbedici bədən quruluşu və əzələ artımı üçün istifadə edilmir, eyni zamanda tərkibindəki zərərli maddələr - o cümlədən steroidlər - bədənə ciddi ziyan vura bilər. Bu maddələr uzun müddət istifadə olunduqda cinsi zəiflik, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyası ehtiyacı ilə nəticələnə bilər.

Zülal tozlarının xüsusilə spirtlə birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdırır. Prof. Dr. Göral bildirir ki, bu əlavələr ürək əzələlərinə və böyrəklərə də zərər verir:

"Bu məhsullar təkcə qaraciyər funksiyalarını deyil, həm də ürək və böyrək fəaliyyətini pozur. Artıq bəzi hallarda bu əlavələr səbəbindən gənclər həyatlarını belə itiriblər".