9 mərtəbəli binanın 8ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür
Digərləri 06 May 2025 22:39:00 70 0
Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 9 mərtəbəli binanın sakinləri şikayətçidir.
Bu haberi de oku: Bakıda daha bir YENİLİK
Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yağış yağanda həmin sular blokun içinə tökülür. Əraziyə baxış keçirdiyimiz zaman tikilinin əslində 9 yox 8 mərtəbə olduğu gördük. Çünki binanın 9cu mərtəbəsinin adı var, özü yoxdur.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən yaşayış binasının inşasına 1986-cı ildən başlanılıb. Lakin tikinti başa çatdırılmayıb. Qeyd edilən ünvanda 9 mərtəbəli, 5 girişli 90 mənzilli binanın inşası nəzərdə tutulsa da yarımçıq qalıb. Tikntinin tam başa çatmasına baxmayaraq orda 14 məcburi köçkün yerləşib. Bina heç bir təşkilatın balansında deyil. Həmin tikili ilə bağlı tədbirlər görülməsi üçün aiddiyatı qurumlara dəfələrlə müraciət olunub.