COP29 Azərbaycan Əməliyyat Şirkəti COP30a hazırlıq çərçivəsində Braziliyaya təcrübə mübadiləsi səfəri edib FOTO
Digərləri 06 May 2025 14:51:00 100 0
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin Braziliyaya işgüzar səfəri uğurla tamamlanıb.
Bu haberi de oku: Bakıda tuneli su basdı
Son.az xəbər verir ki, AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib ki, COP30 komandasının dəvəti əsasında baş tutan səfər COP sədrlikləri arasında təşkilati əməkdaşlığın gücləndirilməsi və müvafiq təcrübə mübadiləsinə dəstək məqsədi daşıyıb.
Proqram çərçivəsində Braziliya Federativ Respublikasının Prezidentliyi nəzdində fəaliyyət göstərən COP30 Katibliyi (SECOP) nümayəndələri ilə koordinasiya görüşləri keçirilib. Görüşlər Braziliyanın paytaxtında yerləşən Palacio do Planalto-da baş tutub.
Səfər zamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və heyətin digər üzvləri COP-un təşkilinə dair layihə idarəetməsi, tədbir infrastrukturu, könüllülərin idarəolunması, qonaqlama, media əməliyyatları və yayım infrastrukturu, dayanıqlılıq və müyəssərlik kimi vacib təşkilati məqamları qarşı tərəflə bölüşüblər.