92 yaşlı qadının bağırsağından görün nələr çıxdı – İllərdir udurmuş


Digərləri 06 May 2025 12:31:00 74 0

92 yaşlı qadının bağırsağından görün nələr çıxdı – İllərdir udurmuş

Zonguldakda 92 yaşlı Şerife Ay adlı qadın qəfil başlayan şiddətli qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya çatdırılıb.

Son.az xəbər verir ki, xəstəxanada yoxlanışdan sonra Şerife həkimləri belə təəccübləndirən bir diaqnozla üzləşib.

Xəstəxanada aparılan müayinələr zamanı yaşlı qadının mədə və nazik bağırsağında çoxlu sayda xurma və zeytun tumu, eləcə də onların bərkiməsindən yaranmış daş parçaları aşkarlanıb.

63 tum və 5-6 sm ölçüsündə 5 daş həkimləri şoka salıb.