Bu universitetdə yeni ixtisas yaradılacaq
Digərləri 06 May 2025 15:18:00 74 0
Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq yekunlaşıb. Bundan sonrakı prosesdə abituriyentlər blok imtahanlarında iştirak edəcəklər. Cari ildə bir sıra ali təhsil müəssisələrində ixtisaslarda bəzi dəyişikliklərin olacağı proqnozlaşdırılır.
Bu haberi de oku: Yuxuda qardaşının polis olduğunu görmək nə deməkdir?
Modern.az-ın məlumatınaa görə, ixtisaslarında dəyişiklik olacaq ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU).
Mövzu ilə bağlı ali təhsil müəssisəsindən saytımıza bildirilib ki, əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, "Korreksiyaedici təlim" ixtisasının adı "Xüsusi pedaqogika", "İnformatika müəllimliyi" ixtisasının adı "İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının adı isə "Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi" adı ilə əvəzlənib. Bundan əlavə, cari ildən yeni yaradılan "Fizika və riyaziyyat müəllimliyi" ixtisasına qəbul aparılacaq.