Nərimanovda qarajlar sökülür Sakinlər isə şikayətçidir
Digərləri 06 May 2025 11:14:47 69 0
Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həyətini hasarlayıb.
Bu haberi de oku: Faydalı bilib hər gün içirik Qaraciyəri məhv edirmiş
Son.az xəbər verir ki, sakinlər öz həyətlərində rahatlıqla hərəkət etməyə çətinlik çəkirlər.
Sözügedən məsələ ilə bağlı tikinti şirkətinin hüquqşünası Etibar Paşayev bildirib ki, ərazidəki işlər aiddiyatı qurumların icazəsi və rəsmi sənədlər əsasında həyata keçirilir:
"Həmin ərazidə olan sakinləri iddiaları əsassızdır. Gediş-gəliş yolunun bağlanmasından söhbət belə gedə bilməz. Mövcud şəhərsalma və tikinti qaydalarına tam əməl edilməklə ərazidə tikinti işləri həyata keçirilməkdədir. Ərazidə abadlaşdırma işlərinin aparılmasıl gələcəkdə planlaşdırılır".