“Nüvə silahı olmasa da, Rusiyanın kifayət qədər gücü var” Putin


Digərləri 04 May 2025 12:23:00 75 0

“Nüvə silahı olmasa da, Rusiyanın kifayət qədər gücü var”  Putin

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, nüvə silahı olmadan da ölkəsi Ukraynada başladılan xüsusi hərbi əməliyyatı uğurla başa çatdırmaq üçün yetərli qüvvə və resurslara malikdir.

Son.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, nüvə silahının istifadəsinə ehtiyac olmayıb və gələcəkdə də belə bir zərurətin yaranmayacağına ümid edir:

"Rusiyanı təxribata çəkməyə çalışırdılar ki, səhvə yol versin. Amma xüsusi hərbi əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadəsi tələb olunmayıb və bunun baş verməyəcəyinə ümid edirik".

Putin əlavə edib ki, ölkənin hərbi potensialı və strateji ehtiyatları qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün tam kifayət edir.

Kənan Son.az