28 övladı , 250dən çox nəvəsi var "Ölmək istəyirəm amma ölə bilmirəm"


Digərləri 02 May 2025 01:01:00 95 0

28 övladı , 250dən çox nəvəsi var  "Ölmək istəyirəm amma ölə bilmirəm"

Türkiyənin Batman vilayətində, Kozluk rayonunun Geçitaltı kəndində yaşayan 136 yaşlı Mehmet Reşit Ak adlı kişi gündəm olub.

Son.az xəbər verir ki, Mehmet Reşit üç dəfə ailə həyatı qurub, 28 övladı və 250-dən çox nəvəsi var.

Atatürklə birlikdə döyüşlərdə iştirak etdiyini deyən Ak yaddaşının hələ də çox güclü olduğunu və keçmişi aydın şəkildə xatırladığını qeyd edir.

Mehmet Reşit sağlamlığını hər gün qatıq yemək, çox işləmək, təmiz hava, təmiz su və orqanik qidalara borclu olduğunu deyir. Həyatında heç bir pis hadisə yaşamadığını və buna görə peşmanlıq duymadığını bildirən Ak "Heç vaxt pis bir şey etməmişəm" deyir.