Bu şəxslər üçün ikinci ali təhsil pulsuzdur
Digərləri 02 May 2025 11:26:00 76 0
Azərbaycanda ali təhsilin forma və mərhələləri üzrə ikinci ali təhsil xüsusi yer tutur. Bu təhsil növü əvvəlki ixtisasından fərqli olaraq digər sahədə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.
Bu haberi de oku: Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış Xəbərdarlıq
İkinci təhsil üçün şərtlər nələrdir?
Son.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Qanunvericiliyə əsasən, ikinci təhsilə yalnız bakalavr diplomu olan şəxslər müraciət edə bilər. Ali təhsil müəssələrini bitirmiş şəxslərin ikinci ali təhsil almaq imkanı var. Yəni şərt olaraq ixtisasından asılı olmayaraq hər bir şəxs istədiyi universitetdə oxuya bilər. Bunun üçün may ayının 1-dən avqustun 30-na qədər həmin şəxslər portal.edu.az saytına daxil olaraq şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra isə lazım olan sənədləri portala yükləmək lazımdır.
İkinci ali təhsil almaq 2 formatda həyata keçirilir.