Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış Xəbərdarlıq


Digərləri 02 May 2025 16:51:00 82 0

Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış  Xəbərdarlıq

Yeni araşdırmalar günəş yanığının dəri xərçəngi, xüsusilə də ən ölümcül növlərdən biri olan melanomanın yaranma riskini ciddi şəkildə artırdığını üzə çıxarıb.

Son.az xəbər verir ki, İngiltərədə aparılan sorğuya əsasən, hər iki nəfərdən biri ildə ən azı bir dəfə günəş yanığı keçirir. Bu, normal qəbul edilən, lakin ciddi sağlamlıq təhlükəsi yaradan bir haldır.

Cəmi beş dəfə günəş yanığı keçirmək melanomanın inkişaf riskini ikiqat artırır. Araşdırma göstərib ki, 18-32 yaş arası gənclər ən riskli qrup hesab olunur. Bu yaş qrupundakı insanların təxminən 65 faizi ildə bir dəfə günəş yanığı yaşayır.

Günəşdən qorunmamaq geniş yayılmış problemdir

Sorğunun nəticələri göstərir ki:

İnsanların üçdə biri isti havalarda günəşdən qoruyucu krem istifadə etmir.

Hər 10 nəfərdən biri ümumiyyətlə heç vaxt günəş kremi istifadə etmir.

Kişilərin 42 faizi isə günəş kremini tamamilə laqeyd yanaşır.

Bu statistika dəri xərçənginə qarşı laqeyd yanaşmanın nə qədər yayğın olduğunu təsdiqləyir.