Cəmil Quliyevə vəzifə verildi
Digərləri 02 May 2025 16:16:00 86 0
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Bu haberi de oku: Çiyələyin qiyməti üz qızardır
Son.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev təyinat alıb.
Qeyd edək ki, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.
2006-2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə "Mədəniyyət" kanalına, 2013-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib.
O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018-2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019-2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.