Çiyələyin qiyməti üz qızardır
Digərləri 02 May 2025 12:29:31 93 0
Cəlilabaddda bir neçə həftədir ki, çiyələk yığımına başlanılıb. Örtülü şəraitdə becərilən məhsul fermerlərə məhsulu bazara 1 ay tez çıxartmağa imkan verir.
Bu haberi de oku: 3 bürcə ŞAD XƏBƏR Yeni həyat başlayır
Son.az xəbər verir ki, bu il havaların qeyri-sabit keçməsi səbəbindən yığım ötən illə müqayisədə təxminən 15 gün gecikib. Bununla belə məhsuldarlıq qənaətbəxsdir.
Fermerlər bildirirlər ki, keçən il 2.5-yə satılan çiyələk bu il 3.5, 3.7 manata təklif olunur. Cəlilabad çiyələyi təkcə yerli bazarda deyil, xaricdə Rusiya və Qazaxıstanda da tələbat var. Fermələrin sözlərinə görə, onlar məhsul bolluğu yaradaraq ilkin növbədə daxili bazarı təmin etməyə çalışırlar. Qiymətlər artsa da, çiyələyə tələbat azalmayıb.
Satıcıların sözlərinə görə, məhsul nübar olduğu üçün satışı da yaxşıdır. Bazarda 3-4 manata satılan çiyələk mağazalarda isə 6-7 manata təklif olunur.