3 bürcə ŞAD XƏBƏR Yeni həyat başlayır


Digərləri 02 May 2025 09:46:00 97 0

3 bürcə ŞAD XƏBƏR  Yeni həyat başlayır

2 may tarixi bəzi insanlar üçün taleyüklü dəyişikliklərə səbəb ola bilər. Tarot proqnozlarına görə, bu gün üç bürc nümayəndəsi uğursuzluqlara son qoyaraq həyatlarında yeni bir səhifə aça biləcəklər. Eyni zamanda 2 may Zərdüştilik ənənəsində xüsusi bir bayram - Bolluq Günü ilə üst-üstə düşür.

Son.az xəbər verir ki, 2 mayda Balıqlar, Qoç və Tərəzi bürcləri üçün müsbət enerjilər ön plandadır və bu tarix onlar üçün dönüş nöqtəsinə çevrilə bilər.

Balıqlar - maneələr aradan qalxır

Bu gün Balıqlar uzun müddətdir cavab axtardıqları bir sualı nəhayət ki, aydınlaşdıracaqlar. Tarot kartları bu bürc nümayəndələrinə xüsusi bir şans vəd edir. Onlara məsləhət görülür ki, fürsətləri əldən buraxmasınlar və uğursuzluq qorxusuna qalib gəlsinlər.

Qoç - radikal dəyişikliklər üçün ideal vaxt

Qoçlar üçün bu gün keçmişi arxada buraxmaq və həyatlarında yeni bir mərhələyə qədəm qoymaq vaxtıdır. Tarot kartları onlara arzularını səsləndirməyi və cəsarətlə dəyişikliklərə getməyi tövsiyə edir. Bu gün arzuların gerçəyə çevrilməsi üçün doğru zamandır.

Tərəzi - xoşbəxtlik dalğası gəlir

Tərəzilər üçün 2 may sevinc və dəyişikliklərlə dolu olacaq. Tarot proqnozu onların intuiziyalarına qulaq asmalarını və daxilən hiss etdikləri yönə doğru irəliləmələrini tövsiyə edir. Daxili səs onları doğru yola yönəldəcək.