Gecə Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən qadın həbs olundu VİDEO


Digərləri 02 May 2025 11:09:00 73 0

Gecə Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən qadın həbs olundu  VİDEO

Bakının Nəsimi rayonu ərazisində "Porsche" markalı avtomobili sərxoş halda idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan qadın sürücü saxlanılıb.

Son.az xəbər verir ki,o, təhlükəli manevrlərlə digər iştirakçılar üçün real təhlükə yaradıb.

Nəsimi Rayon Polis İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində həmin sürücü məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı onun alkoqol qəbul etdiyi təsdiqlənib və sürücü bu barədə etiraf verib. Toplanmış materiallar məhkəməyə təqdim olunub və çıxarılan qərara əsasən, qadın sürücüyə bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək qadağan olunub, eyni zamanda 20 gün inzibati həbs cəzası verilib.

Asya Son.az