Əgər elektromobil həvəskarısansa bu modeli seç


Digərləri 02 May 2025 13:24:00 74 0

Əgər elektromobil həvəskarısansa  bu modeli seç

Mütəxəssislər bazarın liderinə diqqət yetirməyi və hələ də geridə qalanlarla risk etməməyi tövsiyə edirlər.

İlk elektroavtomobilin alınması çətin bir tapşırıq kimi görünə bilər, çünki çoxlu modellər, qiymət aralıqları və funksiyalar nəzərə alınmalıdır.

Son.az-ın mlumatına görə, İngilis dilində nəşr olunan avtomobil jurnalı "Top Speed" hesab edir ki, yeni başlayanlar üçün ən optimal seçim ikinci əl "Tesla" olacaq - bu marka uzun illər bazarda liderlik edərək yaxşı nüfuz qazanıb.

""Tesla" hələ də elektroavtomobillərə keçmək istəyənlər üçün ən ideal başlanğıc nöqtəsidir, gündəlik praktikliyi və ya performansı itirmədən. Ən yaxşısı budur ki, hazırda "Tesla"nın ikinci əl avtomobillərinin qiymətləri davamlı olaraq düşdüyü üçün, onlar heç vaxt olmadığı qədər əlçatandır və hətta bir çox yeni benzin mühərrikli avtomobillərdən daha ucuzdur", - deyə nəşr qeyd edir.

Bu gün "Tesla"nın bir çox maraqlı rəqibləri olsa da, o cümlədən Çin istehsalçıları, ABŞ şirkəti hələ də akkumulyator texnologiyası, şarj infrastrukturunun inkişafı və brend tanınması sahəsində liderdir. Buna görə də, elektroavtomobil alarkən, "Tesla" sizi seçiminizdə inam hissi verəcək.

Konkrekt modelə gəlincə, məqalə müəllifləri 2022-ci il model "Tesla Model 3"ə diqqət yetirməyi tövsiyə edirlər. Bu model 2017-ci ildə debüt edib və 2022-ci ilə qədər istehsalçı yeni məhsul xəttində xarakterik olan bütün çatışmazlıqları düzəldə bilib.

Bəli, "Tesla" qiymət baxımından "çinlilər"dən xeyli yuxarı olsa da, o, geniş konfiqurasiya seçimləri təqdim edir ki, bu da qiymət və mövcud funksiyaların uyğunluğuna görə uyğun bir seçim tapmağa imkan verir.