Leysan, dolu, sulu qar Sabahın HAVASI


Digərləri 02 May 2025 12:56:00 72 0

Leysan, dolu, sulu qar  Sabahın HAVASI

Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +15 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.