Telefonunuz izlənilə bilər – "Apple"dan təcili xəbərdarlıq


Digərləri 02 May 2025 12:00:00 80 0

Telefonunuz izlənilə bilər – "Apple"dan təcili xəbərdarlıq

"Apple" şirkəti bu həftə bəzi istifadəçilərinə hökumətlərin də istifadə etdiyi casus proqramlarla hədəf alındıqları barədə rəsmi xəbərdarlıq göndərib. 

Son.az xəbər verir ki, bildirişlərdə istifadəçilərin şəxsi məlumatlarının və cihaz fəaliyyətlərinin izlənə biləcəyi qeyd olunub.

"Apple" əvvəllər də bu kimi hücumlarla üzləşən istifadəçilərə xəbərdarlıqlar etmişdi. Oxşar yanaşmaları son illərdə "Google" və "WhatsApp" da tətbiq edir.

Hazırda yalnız iki şəxs "Apple"dan bu cür bildiriş aldığını ictimaiyyətə açıqlayıb. Onlardan biri, İtaliyada çalışan jurnalist Ciro Pellegrinodur. O, çərşənbə axşamı "Apple"dan mesaj aldığını və mesajda bu bildirişin 100 ölkədə bir çox insana göndərildiyinin qeyd olunduğunu bildirib.