Putinin həyatını bir film dəyişibmiş...


Digərləri 24 Mar 2025 00:23:00 116 0

Putinin həyatını bir film dəyişibmiş...

Rusiya Prezidenti Vladimir Putin bir filmin onun həyatını necə dəyişdiyindən bəhs edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya lideri TASS-a müsahibəsində hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyi deyib.

Onun sözlərinə görə, dənizçi və ya pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb. Onun fikirlərini dəyişdirən həlledici məqam isə 1968-ci ildə geniş ictimaiyyətə təqdim olunan "Qalxan və qılınc" filminə baxması olub.

Prezident əlavə edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.