‘’Trendyol’’un ‘’Super alışveriş günləri’’ni Edis tanıdır
Digərləri 07 Kas 2025 16:49:00 71 0
Trendyol ilin ən böyük endirim kampaniyası "Super alış-veriş günləri"ni "Noyabr deyəndə Trendyol" şüarı ilə təqdim edib. Kampaniyanın reklam siması Azərbaycanda da çox sevilən türkiyəli pop ulduz Edisdir.
Bu haberi de oku: Gündə 5 saat yatmaq kifayət edir? Alimlər açıqladı
Kampaniya üçün xüsusi olaraq hazırlanan "Noyabr deyəndə Trendyol" adlı tanıtım melodiyasını isə Azərbaycanın "Eurovision" təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) səsləndirib.
"Trendyol"un "Super alış-veriş günlər"ni tanıdan yeni reklam çarxında Edisin enerjisi, pozitiv aurası və müasir tərzi ön plandadır. Trendyol, Edisin enerjisi ilə azərbaycanlı müştərilərinə ilin ən rəngarəng və dinamik alış-veriş təcrübəsini yaşatmağı düşünür.
6-11 noyabr tarixlərini əhatə edən "Super alış-veriş günləri" çərçivəsində Trendyol platformasında minlərlə məhsul üzrə xüsusi endirimlər təqdim olunur. İstifadəçilər 1500-dən artıq kateqoriyada təqdim olunan məhsulları böyük endirimlərlə əldə edə bilərlər.
