Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı


Digərləri 07 Kas 2025 21:46:00 84 0

Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı

Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana Vətən" Partiyasından çıxarılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı  "Ana Vətən" Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul olunub.

"İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olundu.

Müzakirələrdə ilk olaraq, "Ana Vətən" Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.

Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı "Ana Vətən" Partiyasından xaric edildi. Ətraflı

Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırıldı. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edildi.