Dörd günlük tətil başladı
Digərləri 08 Kas 2025 00:04:00 66 0
Bu gündən dörd günlük tətil başlayıb.
Bu haberi de oku: Bakıda binanın qarajında iki maşın yandı Zəhərlənənlər var
Son.az-ın xəbərinə görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.
