Dikdaban geyinən qadınların nəzərinə! Həkimdən xəbərdarlıq
Digərləri 07 Kas 2025 23:00:00 84 0
Ayaqda yaranan "şiş" adətən zərərsiz görünsə də, zamanla ciddi ağrılar və hərəkət çətinliyi yarada bilər.
Bu haberi de oku: Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz
Son.az xəbər verir ki, bunu travmatoloq-ortoped Elişer Zoxirov bildirib.
Həkimin sözlərinə görə bu hal adətən baş barmaq hissəsində sümük çıxıntısı ilə müşahidə olunur və əsas səbəblərdən biri genetik meyillilikdir.
Populyar hallux valgus problemi çox vaxt qadınlarda müşahidə olunur. Bunun başlıca səbəbi hündürdaban və dar burunlu ayaqqabılardır. Belə ayaqqabılar addım zamanı yükün bərabər paylanmasına mane olur və sümüklərin deformasiyasına gətirib çıxarır. Nəticədə barmaq tədricən yana əyilir və çıxıntı əmələ gəlir.
Zoxirov deyib ki, bu vəziyyət yalnız qadınlarda deyil, ayaqlarına mütəmadi yük düşən peşə sahiblərində, məsələn, rəqqasələrdə də tez-tez rast gəlinir. O, xəbərdarlıq edib ki, problemin təkcə görünüşü pozmadığını, həm də güclü ağrı və ayaqqabı geyinməkdə çətinlik yaratdığını.
