Bakıda binanın qarajında iki maşın yandı Zəhərlənənlər var
Digərləri 07 Kas 2025 10:13:00 50 0
Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.
Bu haberi de oku: Kilosu 33 000 manatdır “Qızıl dəyərində” ədviyyat
Bu barədə Son.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında "Land Rover" markalı minik avtomobilinin salonu, yük hissəsi, "Opel" markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
