ABŞdə hərbi bazada şübhəli bağlama: Zəhərlənənlər var
Digərləri 07 Kas 2025 10:24:00 68 0
ABŞ-da hərbi bazaya göndərilən şübhəli zərf xəstəlik hallarına səbəb olub.
Bu haberi de oku: Türkiyənin 45 bölgəsində FETÖ əməliyyatı 178 nəfər saxlanıldı
Son.az xəbər verir ki, ABŞ-nin Merilend ştatında yerləşən "Joint Base Andrews" hərbi bazasına göndərilən şübhəli zərf bir neçə şəxsin zəhərlənməsi və xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, zərfdə ağ toz olub. Zərf açıldıqdan sonra binada olan bir neçə nəfər özünü pis hiss edib. Hadisədən sonra bina və ona bitişik tikili təxliyə edilib, əraziyə təhlükəsizlik lenti çəkilib.
Xəstələnən şəxslər Malcolm Grove tibb mərkəzinə aparılıb. Onların vəziyyəti barədə dəqiq məlumat verilməyib.
İlkin məlumatlara əsasən, HAZMAT (zəhərli maddələrə qarşı müdafiə) qrupunun apardığı ilkin testlərdə təhlükəli maddə aşkarlanmayıb, lakin araşdırma davam edir.
Qeyd edək ki, Joint Base Andrews ABŞ prezidenti tərəfindən istifadə olunan Air Force One təyyarəsinin yerləşdiyi baza kimi tanınır. Hadisə ilə bağlı araşdırma Xüsusi İstintaq İdarəsinə həvalə olunub.
İsmayıl Son.az
