Süni intellektlə şəkil yaratdım, yayıldı Nə etməliyəm?
Digərləri 07 Kas 2025 10:11:00 74 0
Rusiyalı hüquqşünas Valeriya Minakovanın sözlərinə görə süni intellekt vasitəsilə yaradılan kontentin müəlliflik hüquqları o şəxsə məxsusdur ki, ideya ona aiddir, promptu o hazırlayıb, nəticəni redaktə və təkmilləşdirib.
Bu haberi de oku: Türkiyədə zəlzələ oldu
Son.az xəbər verir ki, O bunu "Gazeta.ru"ya açıqlamasında deyib.
Minakova qeyd edib ki, Rusiya Mülki Məcəlləsinə əsasən, müəllif yalnız yaradıcılıq fəaliyyəti nəticəsində əsər yaradan şəxs sayılır. Bu isə o deməkdir ki, süni intellektin alqoritmləri müəllif kimi tanınmır, insan isə yaradıcılıq prosesində aktiv iştirak etdikdə və öz payını sübut etdikdə müəllif sayılır.
Hüquqşünas məsləhət görür ki, yaradıcılar öz əməyini qorumaq üçün promptları, qaralama və redaktə mərhələlərini sənədləşdirsin, müqavilələrdə insanın verdiyi qərarları dəqiqləşdirsin. Çünki bir çox onlayn platformalarda yaradılan materiallara bütün hüquqlar şirkətə keçə bilər.
