Maşın bazarında qiymətlər QALXACAQ


Digərləri 07 Kas 2025 09:42:00 84 0

Maşın bazarında qiymətlər QALXACAQ

Hökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.

Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

"Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur".

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

"Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq".

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

"Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək".

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:


Habere ait fotoğraflar