Xəttə 15 yeni vaqon buraxıldı


Digərləri 07 Kas 2025 10:14:00 63 0

Xəttə 15 yeni vaqon buraxıldı

Bakı metropoliteni daha 15 yeni vaqonu xəttə buraxıb.

Bu haberi de oku: Bu gün qısa iş günüdür

Ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 3 qatar - 15 vaqon metropoliten xətlərində istismara buraxılıb.

Son.az xəbər verir ki, bu fikirləri bu gün jurnalistlərə açıqlamasında Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.

Məlumata görə, Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.

Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.

Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir. 

Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur.


Habere ait fotoğraflar