Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq öldü


Digərləri 07 Kas 2025 09:55:00 87 0

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq öldü

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.

Son.az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.

Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.