Türkiyənin 45 bölgəsində FETÖ əməliyyatı 178 nəfər saxlanıldı
Digərləri 07 Kas 2025 09:35:00 66 0
Son iki həftə ərzində aparılan əməliyyatlar nəticəsində 45 əyalətdə 178 nəfər FETÖ şübhəlisi saxlanılıb.
Bu haberi de oku: Tural Güləhmədov yüksək vəzifəyə təyin edildi
Son.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya açıqlayıb.
Məlumata görə, saxlanılanlardan 67-si həbs edilib, 48 nəfər isə məhkəmə nəzarəti altına alınıb.
Əməliyyatlar Respublika Baş Prokurorluğu, Təhlükəsizlik Ümumi Müdirliyinin TEM (Terrorla Mübarizə) və KOM (Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə) şöbələrinin koordinasiyası ilə həyata keçirilib.
Şübhəlilər "ByLock" adlı gizli rabitə proqramından istifadə etməkdə, FETÖ-nün maliyyə və təşkilati strukturlarında yer almaqda və taksofonlar vasitəsilə gizli əlaqə saxlamaqda ittiham olunurlar.
Nazir Yerlikaya əməliyyatlarda iştirak edən bütün qurumlara təşəkkür edib və "töhfə verənləri təbrik edirəm" sözlərini işlədib.
Fidan Son.az
