Gündə 5 saat yatmaq kifayət edir? Alimlər açıqladı


Digərləri 07 Kas 2025 03:03:00 68 0

Gündə 5 saat yatmaq kifayət edir?  Alimlər açıqladı

Əgər siz saat 23:00-00:00 arası yatıb səhər 04:00-05:00-da özünüzdən asılı olmadan oyanırsınızsa, bu, sadəcə vərdiş deyil, nadir genetik xüsusiyyətin göstəricisi ola bilər.

Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi insanlarda "qısa yuxu geni" adlanan mutasiya mövcuddur. Bu gen sayəsində onlar 4-5 saatlıq yuxudan sonra tam istirahət etmiş kimi oyanır, yorğunluq və diqqət pozğunluğu yaşamırlar.

Belə insanlar adətən daha enerjili, məhsuldar və yaddaşlı olurlar. Onlar nə qəhvəyə, nə də gündüz yuxusuna ehtiyac duyur.

Harvard Tibb Məktəbinin nevroloqu Elizabet Klerman bildirir ki, bu xüsusiyyət sonradan qazanılmır - insanlar bu genlə doğulurlar.

Tədqiqatlara görə, dünya əhalisinin cəmi 1%-i bu "super yuxu geni"nə sahibdir.