Ağzınızdakı belə dəyişikliklər infakrtın xəbərçisi ola bilər


Digərləri 06 Kas 2025 22:00:00 80 0

Ağzınızdakı belə dəyişikliklər infakrtın xəbərçisi ola bilər

Alimlər diş əti xəstəlikləri ilə ürək və beyin xəstəlikləri arasında təhlükəli əlaqə aşkar edib

Son.az xəbər verir ki, araşdırma "Neurology Open Access" jurnalında dərc olunub.

Araşdırma diş əti xəstəlikləri və diş çürüməsinin təkcə ağız sağlamlığına deyil, həm də ürək və beyin damar sisteminə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

Mütəxəssislər təxminən 6 min nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Nəticələrə görə, həm diş çürüməsi, həm də diş əti iltihabı olan şəxslərdə insult riski 86 faiz, infarkt riski isə 36 faiz artıb.

Tədqiqatçılar bildiriblər ki, ağız boşluğunda xroniki iltihab prosesləri orqanizmdə ümumi iltihabi reaksiyanı gücləndirir və bu da damar divarlarının zədələnməsinə səbəb olur. Nəticədə, qan dövranı pozulur və trombların əmələ gəlmə riski yüksəlir.