Bu hissin zəifləməsi qocalığın əsas əlamətidir


Digərləri 07 Kas 2025 19:04:00 98 0

Bu hissin zəifləməsi qocalığın əsas əlamətidir

Yaşlı insanlarda qoxu hissinin zəifləməsi ürəyin işemik xəstəliyi riskini yüksəldə bilər.

Son.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Miçiqan Dövlət Universitetinin alimləri gəlib.

Araşdırmanın nəticələri "JAMA Otolaryngology" jurnalında dərc olunub.

Tədqiqat "Atherosclerosis Risk in Communities" adlı uzunmüddətli araşdırma çərçivəsində beş mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Başlanğıcda könüllülərin heç birində ürək-damar problemi aşkarlanmayıb. Onların qoxu hissi 12 müxtəlif qoxudan ibarət testlə qiymətləndirilib və nəticələr "yaxşı", "orta" və "zəif" kimi təsnif olunub.

On il ərzində iştirakçıların 5,4 faizində ürəyin işemik xəstəliyi inkişaf edib. Analiz göstərib ki, zəif qoxu hissi olan şəxslərdə bu risk iki dəfə yüksəkdir. Əlaqə ilk illərdə daha güclü müşahidə olunub, lakin zamanla zəifləyib.

Tədqiqatçılar bildirirlər ki, bu əlaqə yaş, xolesterin səviyyəsi, siqaret çəkmə və şəkərli diabet kimi amillər nəzərə alındıqdan sonra belə statistik olaraq əhəmiyyətli qalıb.

Alimlərin fikrincə, qoxu hissinin zəifləməsi bədənin ümumi qocalmasının erkən əlaməti ola bilər və damar dəyişiklikləri ilə əlaqəli sistem pozğunluqları barədə xəbərdarlıq siqnalı kimi çıxış edə bilər.

Kardioloq Nil Şah qeyd edib ki, "əgər insan qəfil və izahsız şəkildə qoxu hissinin zəiflədiyini hiss edirsə, bu, orqanizmin digər gizli problemlərinin göstəricisi ola bilər və tibbi müayinə üçün ciddi səbəb sayılmalıdır."

İsmayıl Son.az