Yaşar Gülər Azərbaycana gəlib
Digərləri 07 Kas 2025 19:19:00 79 0
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.
Bu haberi de oku: Bu hissin zəifləməsi qocalığın əsas əlamətidir
Son.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.
Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.
Kaynak: milli.az
