Xərçəngin ən təhlükəli növü belə yaranır


Digərləri 07 Kas 2025 22:00:00 71 0

Xərçəngin ən təhlükəli növü belə yaranır

Rusiyalı onkoloq-ginekoloq Radmir Axmerov uşaqlıq endometriyası xərçənginin əsas risk amillərini sadalayıb və qadınları sağlamlıqlarına daha diqqətli olmağa çağırıb.

Son.az xəbər verir ki, onun sözlərinə görə uşaqlıq selikli qişasının həddindən artıq qalınlaşması (endometriumun hiperplaziyası) təhlükəli vəziyyətdir və nəzarət altında saxlanmalıdır.

Bu problem çox güclü menstrual qanaxma və ya menopauzadan sonra qan gəlməsi ilə özünü göstərə bilər.

Axmerov həmçinin qeyd edib ki, artıq çəki və piylənmə uşaqlıq xərçənginin əsas səbəblərindən biridir. Çünki piy toxuması qadın hormonlarının səviyyəsini artırır, bu da endometrium hüceyrələrinin nəzarətsiz çoxalmasına gətirib çıxarır.

Həkim əlavə edib ki, erkən menstruasiya (12 yaşdan əvvəl), gec menopauza (55 yaşdan sonra) və heç hamilə qalmamaq da risk faktorları sırasındadır.

Uzunmüddətli hormonal dərman qəbulu, xüsusən yalnız estrogen tərkibli preparatlar və ya tamoksifen kimi dərmanlar da diqqət tələb edir.