“PRIOR”dan Zəfər Günü üçün qeyriadi təbrik!


Digərləri 07 Kas 2025 19:00:00 73 0

“PRIOR”dan Zəfər Günü üçün qeyriadi təbrik!

"Prior" komandası 8 Noyabr - Zəfər Günü üçün əkin sahəsinə traktorla daxil olaraq torpağa dərin bir məna, sarsılmaz bir mesaj yazdı. Bu görüntülər sadəcə texnikanın gücünü deyil, qəlblərin vətən sevgisini, zəfərin təntənəsini əks etdirir. Bu torpaqlar artıq azaddır! İndi həmin torpağa traktor girir, toxum səpilir, həyat yenidən cücərir. Bu torpaqda bitən hər dənə, yetişən hər məhsul zəfəri, azadlığı, birliyi özündə əks etdirir. "Prior" komandası əkin sahəsində yazdıqları sözlərlə bir daha göstərdi ki, Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yazdığı dastanı xalqımız hər addımında, hər əməyində davam etdirir. Qeyd edək ki, "Prior Leasing" komandası 27 Sentyabr - Anım Günü münasibətilə Vətən müharibəsi iştirakçısı fermerləri də ziyarət edərək onların qəhrəmanlıq hekayələrinə, torpağa olan sevgisinə dərin hörmətini ifadə etmişdi.


Habere ait fotoğraf