Naviqasiyada yeni era Sizinlə "söhbət edəcək"


Digərləri 07 Kas 2025 18:30:00 98 0

Naviqasiyada yeni era  Sizinlə "söhbət edəcək"

"Google" ən çox istifadə edilən naviqasiya tətbiqi olan "Google Maps"i süni zəka sistemi "Gemini" ilə birləşdirərək onu interaktiv "yol yoldaşına" çevirir.

Son.az xəbər verir ki, şirkət yeni sistemi çərşənbə günü təqdim edib.

Yenilənmiş tətbiq artıq yalnız istiqamət göstərməklə kifayətlənməyəcək, həm də yaxınlıqdakı restoranlar, mağazalar və görməli yerlər barədə tövsiyələr verəcək. Google açıqlamasında "Artıq axtarmağa ehtiyac yoxdur, sadəcə soruşmaq kifayətdir", - deyə bildirib.

Yeni sistem istiqamətləri daha təbii şəkildə təqdim edəcək. Məsələn, "200 metr sonra sağa dönün" əvəzinə "kilsənin yanından sağa dönün" kimi vizual istinad nöqtələrinə əsaslanan göstərişlər veriləcək.