Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezident təqaüdü təyin edildi


Digərləri 07 Kas 2025 18:32:00 77 0

Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezident təqaüdü təyin edildi

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.