Həmkarların balansına keçən "Ağbulaq" istifadəsiz qalıb VİDEO


Digərləri 27 Eki 2025 13:10:00 93 0

Həmkarların balansına keçən "Ağbulaq" istifadəsiz qalıb  VİDEO

Naxçıvanda yerləşən Ağbulaq İstirahət Mərkəzi istifadəsiz qalıb.

Son.az xəbər verir ki, Naxçıvanda sturktur dəyişikliklərindən sonra bir sıra istirahət mərkəzləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyinə verildi.

Həmin istirahət mərkəzlərindən biri də Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzidir. Mərkəz AHİK tabeliyinə keçdikdən sonra isə fəaliyyətsiz qalıb. Naxçıvanın xizək mərkəzi hesab olunan kompleksdə bircə qonağın belə olmaması diqqət çəkib.

Qeyd edək ki, ümumi tutumu 76 nəfər olan kompleksdə 38 otaq fəaliyyət göstərir. İstirahət Mərkəzində Ağbulaq restoranı, kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.

Mehman Əsədov Son.az


Habere ait fotoğraf