"Porsche" çökür
Digərləri 27 Eki 2025 16:10:00 82 0
Almaniyanın lüks avtomobil istehsalçısı Porsche AG 2025-ci ilin 3-cü rübündə təxminən 966 milyon avro əməliyyat zərəri açıqlayıb.
Bu haberi de oku: "Qəzadır, olub, nə edək, dahilər də ölür, "
Son.az xəbər verir ki, bu, keçən ilin eyni dövründəki 974 milyon avro mənfəətlə müqayisədə ciddi geriləmə deməkdir.
Şirkət 2025-ci il üçün mənfəət marjasını əvvəlki 5-7% aralığından maksimum 2% səviyyəsinə endirib. Əsas satış bazarlarından biri olan Çin bazarında tələbin azalması, yerli avtomobil markalarının güclənməsi və elektrik avtomobillərinin təqdimatının gecikməsi maliyyə göstəricilərinə mənfi təsir göstərib.
Buna əlavə olaraq ABŞ-də gömrük tariflərinin artması və elektrik avtomobil strategiyasındakı təxirə salınmalar şirkətin xərclərini artırıb. Nəticədə "Porsche" hissələri son dövrdə təxminən 30% ucuzlaşıb və şirkət Almaniyanın əsas səhm indeksi DAX-da geriləyib.
İsmayıl Son.az
