"Qəzadır, olub, nə edək, dahilər də ölür, "


Digərləri 26 Eki 2025 23:58:00 61 0

"Qəzadır, olub, nə edək, dahilər də ölür, "

Zərdabda baş verən ağır yol qəzası ilə bağlı sosial mediada geniş müzakirələr yaranıb.

Son.az xəbər verir ki, "VAZ 21099" və "Range Rover" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 21099"un sürücüsü Azər Abdullazadə hadisə yerində dünyasını dəyişib.

Qəzanın ardından "Range Rover"in sahibi açıqlama verərək bildirib ki, sükan arxasında özü deyil, əmisi oğlu olub. O, hadisə ilə bağlı "Ölüm var, Allah rəhmət eləsin. Biz nə edək, adam öldürməmişik ki. Qəzadır, olub. Dahi insanlar da dünyadan köçür" sözlərini deyib.

Onun bu açıqlaması sosial şəbəkələrdə ciddi narazılıq doğurub və soyuqqanlı münasibətinə görə sərt tənqid edilib. /APA