Alimlər mədə xərçənginin dərmanını tapdı


Digərləri 26 Eki 2025 20:30:00 69 0

Alimlər mədə xərçənginin dərmanını tapdı

Alimlər mədə xərçənginin dərmanını tapıb.

Son.az xəbər verir ki, tədqiqat "BMJ Oncology" jurnalında dərc olunub.

Avstraliyanın Olivia Newton-John Onkologiya Tədqiqat İnstitutunun (ONJCRI) mütəxəssisləri müəyyən ediblər ki, şişlərin böyüməsində sinir sisteminin iki komponenti - neyropeptid CGRP və onun RAMP1 reseptoru rol oynayır. Normal halda bu molekullar sinir impulslarını və qan dövranını tənzimləyir, lakin xərçəng zamanı hüceyrələrin bölünməsini stimullaşdırır və şişlərin inkişafını sürətləndirir.

Alimlər gen mühəndisliyi vasitəsilə şiş hüceyrələrindən RAMP1 reseptorunu çıxarıblar və nəticədə onların böyüməsi kəskin yavaşlayıb. CGRP fəaliyyətini bloklayan dərmanlar artıq migren müalicəsində istifadə olunduğundan, tədqiqatçılar onları onkoloji xəstəliklərə qarşı yönəltməyi təklif ediblər.