Kimlərə xurma yemək olmaz?


Digərləri 26 Eki 2025 20:00:00 73 0

Kimlərə xurma yemək olmaz?

Xurma hər kəs üçün faydalı deyil.

Son.az xəbər verir ki, bunu rusiyalı qida mütəxəssisi, həkim-nutrisionist Yekaterina Guzman deyib.

Onun sözlərinə görə xurma mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və ya qəbizlik meyli olan insanlar üçün risk daşıya bilər. Bu, meyvədəki taninlər və yüksək şəkər miqdarı ilə bağlıdır.

"Yetməmiş xurma çox tanin ehtiva edir (xüsusilə korolyok kimi büzücü sortlar) bu da artıq bağırsaq hərəkətində problemləri olan insanlarda qəbizliyə səbəb ola bilər. Buna görə yetişmiş xurma seçmək və ya tanin miqdarını azaltmaq üçün xurmanı dondurmaq məsləhətdir. Həddindən artıq istifadə zamanı və mədə hərəkəti zəif olan insanlarda (məsələn, mədə əməliyyatından sonra və ya diabetik qastrit zamanı) fitobezoar əmələ gətirə bilər. Fitobezoarlar qarın ağrısı, ürəkbulanma, qusma və hətta bağırsaq tıxanıqlığına səbəb ola bilər. Risk qrupundakı insanlar xurmanı yeməkdən sonra və məhdud miqdarda istifadə etməlidirlər", - deyə Guzman bildirib.