Körpə nə vaxt görməyə, eşitməyə başlayır?
Digərləri 26 Eki 2025 22:29:00 78 0
Yeni doğulmuş körpələrin görmə və eşitmə qabiliyyəti doğulduğu andan inkişaf etməyə başlayır.
Bu haberi de oku: Sertifikasiyadan maksimum bal toplayan müəllim qəfil vəfat etdi
Son.az xəbər verir ki, körpələr doğulanda əsasən işıq və kölgəni ayırd edə bilir, lakin ətrafdakı əşyaları aydın görə bilmir.
Təxminən 2-3 aylıq olduqda yaxın məsafədəki üzləri və obyektləri tanıya bilir, rəngləri fərqləməyə başlayır. 4-6 aylıq dövrdə dərinlik və məsafə anlayışı inkişaf edir, əlləri ilə görmək istədiyi əşyaları tutmağa çalışır. 7-12 aylıq olduqda isə görmə daha aydın olur və uzaq obyektləri də görə bilir.
Eşitmə qabiliyyəti də doğuşdan etibarən inkişaf edir. Körpələr doğulanda səslərə reaksiya verir, xüsusilə ana səsi onları sakitləşdirir. 1-3 aylıqda səslərə baxır, başını dönür, 4-6 aylıqda səsləri fərqləndirir və adını eşidəndə reaksiya göstərir. 6-12 aylıq dövrdə isə sadə sözləri başa düşməyə və onları təkrar etməyə başlayır.
