Qarayusifli terrorundan 5 il ötür
Digərləri 27 Eki 2025 00:02:00 79 0
Bu gün Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 5 il keçir.
Bu haberi de oku: Naxçıvanlı xanımla italyalı bəyin xına mərasimi gündəm oldu
Son.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabrın 27-də Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Qarayusifli kəndini raket atəşinə tutub. Düşmən tərəfindən kəndə iki ədəd "Smerç" və iki ədəd "Elbrus" ballistik raketi atılıb.
Nəticədə biri azyaşlı olmaqla 5 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, bu hücum müharibə dövründə Ermənistan tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən ən ağır terror aktlarından biri kimi tarixə düşüb.
