Kral Çarlz mətbəxdəki sadə bir şeydən
Digərləri 27 Eki 2025 02:02:00 85 0
Məşhur yazıçı Tom Bauerin iddiasına görə, o dövrdə hələ şahzadə olan Kral III Çarlz streç filmlə ilk dəfə qarşılaşanda qorxudan səs-küy salıb və titrəməyə başlayıb.
Bu haberi de oku: "Qəzadır, olub, nə edək, dahilər də ölür, "
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Bauer bu barədə xarici mediaya açıqlamasında danışıb. Onun sözlərinə görə, Çarlzın əsas narahatlıqlarından biri gündəlik həyatdan uzaq böyüməsi olub və bu, xüsusilə streç film hadisəsində özünü aydın şəkildə göstərib.
Hadisə zamanı Çarlz yemək otağına daxil olaraq qışqırmağa başlayıb. Təlaşlanan həyat yoldaşı Kamilla dərhal onun arxasınca gedib və vəziyyəti öyrənmək istəyib. "Bu nədir?" - deyə Çarlz qorxu içində soruşub.
Kamilla isə gülümsəyərək cavab verib: "Bu, sadəcə streç filmdir, əzizim".
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və kral ailəsinin gündəlik həyatından maraqlı bir epizod kimi qiymətləndirilib.
Musa Son.az
