Sumqayıtda qaz olmayacaq


Digərləri 27 Eki 2025 15:57:00 96 0

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə Son.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisinin bir hissəsində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.

Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.