Azərbaycanın Meksikadakı yeni səfiri kimdir? DOSYE


Digərləri 27 Eki 2025 17:29:00 93 0

Azərbaycanın Meksikadakı yeni səfiri kimdir?  DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son.az 52 yaşlı Seymur Fətəliyevin dosyesini təqdim edir:

Seymur Fətəliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibidir.

O, 19 iyul 1973-cü ildə anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999-2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006-2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.

2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

2012-2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirib.

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S.Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 1275 saylı digər bir sərəncamı ilə S.Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.

Fidan Son.az


Habere ait fotoğraf