Qaraciyəri təmizləyir, immuniteti gücləndirir
Digərləri 27 Eki 2025 21:00:00 95 0
Qırmızı kələm bağırsaq sağlamlığını gücləndirir, qaraciyərin detoks prosesini dəstəkləyir və immun sisteminin fəaliyyətini artırır.
Son.az xəbər verir ki, bu barədə britaniyalı dietoloq, Çester Universitetinin mütəxəssisi Franklin Cozef danışıb.
Mütəxəssisin sözlərinə görə qırmızı kələm tərkibinə görə brokkoli ilə oxşar birləşmələrə malikdir və bu maddələr xərçəng əleyhinə təsir göstərir. Kələm həmçinin bol miqdarda liflə (pəhriz lifləri) zəngindir ki, bu da bağırsaqların normal fəaliyyətinə, immun sisteminin möhkəmlənməsinə və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir.
Franklin Cozef qeyd edib ki, tərəvəzə parlaq rəng verən polifenollar və antosianlar güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bu maddələr orqanizmdə iltihabı azaldır və hüceyrələrin qorunmasına yardım edir.
